Yaponiyanın milli valyutası olan yenin məzənnəsi ABŞ dollarına nisbətdə zəifləməkdə davam edir.
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
FED.az xəbər verir ki, Tokio Fond Birjasında (TFB) yenin məzənnəsi son 34 ilin ən aşağı həddinə düşüb.
Qeyd olunub ki, valyutanın məzənnəsi 1 ABŞ dollarına qarşı 151,97 yen həddinə düşüb. Bu, 1990-cı ildən bəri ən aşağı həddir.
Yaponiyada uzun müddət ərzində faiz dərəcəsi 0,1% səviyyəsində olub ki, bu da Mərkəzi Bankın son dərəcə yumşaq pul siyasəti ilə birlikdə iqtisadiyyatı stimullaşdırmağa və hədəf inflyasiya səviyyəsinə 2% nail olmağa yönəlib.
Müşahidəçilərin fikrincə son 17 ildə ilk dəfə Yaponiya Bankının uçot dərəcəsini mənfi 0,1%-dən 0,1%-ə yüksəldilməsi əhəmiyyətsizdir. İnvestorların fikrincə, göstəricinin artım tempi gələcəkdə də əhəmiyyətsiz olacaq. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.