15 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106031948 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Azərbaycanda səhm bazarında vergi güzəştləri - TƏTBİQ OLUNA BİLƏR
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 89.9744 (8.8799%) manat və 93.6475 (7.4%) manat olan 26 sifariş təqdim edilib.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.5160 (8.25%) manat, orta ölçülmüş qiyməti 92.0179 (8.0477%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204 milyon 679 min manat, yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 11 noyabr 2025-ci ildir.
Hərrac iştirakçıları 16 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.