Xaricilər sentyabr ayında ən çox BİM aldılar.
FED.az xəbər verir ki, 80,1 milyon dollar ilə BİM mağazalarının səhmləri, İstanbul birjasında sentyabr ayında xarici investorların ən çox seçdiyi səhmlərə çevrildi. Pegasus, xarici investorların ən çox satış etdiyi səhm bazarlarında 38.3 milyon dollar ilə ilk sırada yer aldı.
Eləcə də bax:İstanbul Birjasında - FASİLƏSİZ HƏRRACLAR BAŞLAYIR
Sıralamada BİM Mağazalarının ardınca, 58.6 milyon dollarla Halkbank, 44.7 milyon dollar ilə Türk Hava Yolları, 39.9 milyon dollarla Garanti Bank və 35.5 milyon dollar ilə Tüpraş gəlir.
Xarici investorların Pegasus satışından sonra sentyabr ayında ən çox satılan hissə 28,6 milyon dollarla İş Leasing, 20.6 milyon dollarla Tekfen Holdinq, 17.5 milyon dollarla Koza Gold və 13.2 milyon dollar ilə Türkcell oldu.