İstanbul Birjası oktyabrın 4-dən etibarən gün ərzində fasiləsiz iş rejiminə keçir. FED.az xəbər verir ki, dünya birjalarına uyğunlaşmaq və qarşılıqlı əlaqəni artırmaq məqsədi ilə həmin tarixdən etibarən birja 10:00-18:00 saatlarında fasiləsiz hərrac rejiminə keçir.
Birja İstanbul Kapital Bazarının açılış iclası indiyədək olduğu kimi – saat 09:40-da başlayacaq. Kapital Bazarında davamlı ticarət metodu isə saat 10:00-da başlayacaq və fasiləsiz olaraq 18:00-a qədər davam edəcək. İndiyədək 13:00-14:00 aralarında hərraclara fasilə verilirdi. Birja İstanbulun baş müdir köməkçisi Mehmet Gönen bildirib ki, günorta saatlarında Birja İstanbuldan başqa bütün digər birjalar açıq olurdu. Nahar fasiləsinin qaldırılması ilə birlikdə Türkiyənin sahib olduğu mərkəz mövqe üstünlüyünü daha yaxşı istifadə olunacaq.