2026-cı ilin yanvar-fevral ayları üzrə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 36,1 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 564,1 milyon manat və ya 16,6 dəfə azalıb.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 35,1 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi isə 1 milyon manat olub. Şirkət bu dövrdə ARMB qiymətli kağızları, dövlət istiqrazları və səhm əməliyyatları həyata keçirməyib.
Hesabat dövründə şirkətin dövriyyəsinin kəskin azalmasının əsas səbəbi repo bazarındakı geriləmə olub; bu seqmentdə dövriyyə 565,1 milyon manat və ya 17,1 dəfə azalıb.
Bununla yanaşı, şirkət ötən il mövcud olan korporativ istiqrazlar bazarında aktivliyini qoruyub saxlayaraq 1 milyon manatlıq əməliyyat icra edib.
Hesabat dövrünün nəticələrinə görə, «Xalq Kapital»ın əməliyyatlarının sayı 4 ədəd (6,0%) azalaraq 63-ə bərabər olub.












