2026-cı ilin yanvar-fevral ayları üzrə “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 181,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 160,4 milyon manat və ya (7,5 dəfə) artıb.
Bu dövrdə ASC-nin repo əməliyyatları üzrə dövriyyəsi 174,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 4,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi isə 2,2 milyon manat olub. Şirkət bu dövrdə ARMB qiymətli kağızları və səhm əməliyyatları həyata keçirməyib.
Hesabat dövründə şirkətin dövriyyə artımının əsas səbəbi repo bazarına daxil olması olub; şirkət bu seqmentdə 174,9 milyon manatlıq yeni əməliyyatlar icra edib. Həmçinin, dövlət istiqrazları bazarında da 4,7 milyon manatlıq yeni dövriyyə qeydə alınıb. Lakin korporativ istiqrazlar bazarında dövriyyə 19,3 milyon manat (-9,6 dəfə) azalıb.
Hesabat dövrünün nəticələrinə görə, «İnno Kapital»ın əməliyyatlarının sayı 126 ədəd (50,8%) azalaraq 122-yə bərabər olub.












