2025-ci ilin yanvar-may aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 1 milyard 405 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 135 milyon manat və ya 5,2 dəfə çoxdur.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bildirilir ki, bu dövrdə investisiya şirkətinin korporativ istiqrazlar üzrə dövriyyə 1,1 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 1 milyard 404 milyon manat təşkil edib.
Əməliyyat sayı isə 106 olub.
Əvvəlki illə müqayisədə korporativ istiqrazlar üzrə dövriyyə 3,3 milyon manat (4 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 1 milyard 334 milyon manat (20,2 dəfə) artıb.
Əməliyyat sayında isə 45 ədəd və ya 73,8% artım qeydə alınıb.