2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın səhm bazarında aktivlik göstərən bir sıra investisiya şirkətləri arasında "ABB İnvest İnvestisiya Şirkəti" QSC aparıcı mövqe tutub.
FED.az xəbər verir ki, şirkətin həyata keçirdiyi əməliyyatların ümumi həcmi 8 milyon 10 min manat təşkil edib.
İkinci yerdə qərarlaşan "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC isə hesabat dövründə 4 milyon 449 min manat həcmində səhm əməliyyatları aparıb.
Üçüncü sırada yer alan Troni İnvestisiya Şirkəti QSC-nin əməliyyat həcmi 2 milyon 472 min manat olub. Daha sonra "Unicapital İnvestisiya Şirkəti" ASC gəlir – şirkət 2 milyon 86 min manat həcmində səhm alqı-satqısı həyata keçirib.
Beşinci yerdə "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb – bu şirkət 1 milyon 38 min manat həcmində əməliyyat icra edib.
Assist Finance İnvestisiya Şirkəti ASC isə 362 min manatlıq səhm əməliyyatları ilə altıncı pillədə qərarlaşıb.
Reytinqin yeddinci pilləsində isə CPM-İnvest İnvestisiya Şirkəti QSC qərar tutur – bu şirkətin ümumi dövriyyəsi 31 min manat təşkil edib.
Hazırkı dövrdə "AzFinance İnvestisiya Şirkəti" QSC, Capital Partners İnvestisiya Şirkəti QSC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, MFX Trading İnvestisiya Şirkəti, "PSG Kapital İnvestisiya Şirkəti" QSC və "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC kimi investisiya şirkətləri üzrə isə əməliyyat həcmləri qeydə alınmayıb.