Cari ilin yanvar-mart aylarında “Xalq Kapital” QSC investisiya şirkətinin REPO əməliyyatlarının həcmi 35 milyon 96 min manat təşkil edib.
“Xalq Kapital"ın birja dövriyyəsi 17 dəfə azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Bakı Fon Birjasına istinadən xəbər verir.
Məlumata görə, şirkətin REPO əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 673 milyon 873 min manat, yaxud da 20,2 dəfə azalıb.
Belə ki, 2025-ci ilin yanvar-mart aylarında “Xalq Kapital” investisiya şirkətinin REPO əməliyyatlarının həcmi 708 milyon 969 min manat olmuşdu.














