Bu ilin yanvar-avqust aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 274,2 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 141,8 milyon manat və ya 34% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 178,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 21,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 4,4 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 272 manat, repo əməliyyatları üzrə dövriyyə 69,6 milyon manat təşkil edib..
Əməliyyat sayı isə 74 olub.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 41,3 milyon manat (18,8%), dövlət istiqrazları üzrə dövriyyəsi 128,5 milyon manat (6,9 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 17,1 milyon manat (4,9 dəfə) , səhm əməliyyatları üzrə dövriyyə 9 333 manat (35,3 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 45,1 milyon manat və ya 2,8 dəfə artıb.
Əməliyyat sayında isə 82 ədəd və ya 2,1 dəfə azalma qeydə alınıb.