ABŞ fond bazarlarında son ticarət sessiyası kəskin enişlərlə yadda qaldı.
Bir unsiya 4 000 dolları keçdi - QIZIL BAHALAŞDI
FED.az xəbər verir ki, Tesla günün ən çox ucuzlaşan səhmi oldu. Şirkətin səhmləri -5,06% azalaraq 413,49 dollara qədər gerilədi. Amazon.com da -4,99% geriləmə ilə 216,37 dollara düşərək günü ikinci ən çox dəyər itirən şirkət kimi tamamladı.
NVIDIA səhmləri -4,91% azalaraq 183,05 dollar səviyyəsinə enib. Meta Platforms -3,85% enərək 705,30 dollara, Apple isə -3,45% azalaraq 245,27 dollara geriləyib. Bu, texnologiya nəhəngləri üçün ilin ən zəif ticarət günlərindən biri hesab olunur.
Microsoft -2,19%, Alphabet (Google) -1,95%, Berkshire Hathaway -1,53%, Visa -0,98%, Johnson & Johnson isə -0,19% azalma ilə sessiyanı mənfi zonada başa vurub.
Ümumi mənzərəyə baxdıqda, ilk onluqda yer alan bütün şirkətlər dəyər itirib. Bu isə son aylarda müşahidə olunan artım tempinin müvəqqəti dayandığını göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
245,27 |
-3,45 |
2 |
Amazon.com |
216,37 |
-4,99 |
3 |
Meta Platforms |
705,30 |
-3,85 |
4 |
Berkshire Hathaway |
489,13 |
-1,53 |
5 |
Visa |
343,65 |
-0,98 |
6 |
Johnson & Johnson |
190,72 |
-0,19 |
7 |
Microsoft |
510,96 |
-2,19 |
8 |
Alphabet (Google) |
237,49 |
-1,95 |
9 |
Tesla |
413,49 |
-5,06 |
10 |
NVIDIA |
183,05 |
-4,91 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.