27 iyun 2020-ci il tarixdə saat 11:00-da "Vulkan" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Təmir-Tikinti N.H.” şirkətinin - SƏHMDARLARI TOPLAŞIR
FED.az-ın məlumatına görə, yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2019-cu il üzrə maliyyə- təsərrüfat fəaliyyətinin yekunları barədə
hesabatı və balansın təsdiqi.
2. Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının formalaşması (Direktorlar Şurasının, İdarə heyətinin və Təftiş komissiyasının seçilməsi).
3. Səhmdar cəmiyyətin maliyyə-təsərrufat fəaliyyətinin auditor yoxlaması ilə əlaqədar müstəqil auditor təyin edilməsi haqqında.
4. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi (Səhmdar Cəmiyyətinin inzibati binası).