26 iyun 2020-ci il tarixdə saat 15:00-da “Təmir-Tikinti N.H.” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Qusar-Aqrotexservis”in - SƏHMDARLARI TOPLAŞIR
FED.az xəbər verir ki, iclasın gündəliyində müzakirə olunan məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin illik hesabatı.
2. İllik hesabatın təsdiq edilməsi.
3. Mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi.
4. Digər məsələlər.
Yığıncaqda iştirak etməyiniz vacibdir.
Ünvan: Bakı şəhəri, 20-ci sahə, Ö.F.Nemanzadə, 48
Əlaqə telefonu: (050) 335-91-15