19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2001025488 dövlət qeydiyyat nömrəli 1,000,000 (bir milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac yekunlaşmışdır.
FED.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən 12 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.
Vahid Mustafayevin yaratdığı şirkətin istiqrazları - LİSTİNQƏ DAXİL EDİLDİ
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.