5 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “VMF” MMC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Azərbaycanın yeganə saat istehsalçısı - VMF sirkəti - 1 milyon manat borc cəlb edir
Bu barədə FED.az-a Birjadan bildirilib.
19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, ödəmə periodu 90 gündən bir, tədavül müddəti 18 aydır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
“VMF” MMC iş adamı Vahid Mustafayev tərəfindən yaradılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.