21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 350 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Unibank"ın istiqrazları listinqə - DAXİL EDİLDİ
Bu barədə FED.az-a Birjadan bildirilib.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 350 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 14%, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.