21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: Bank səhmlərinin bir hissəsini geri alacaq - Növbədənkənar Yığıncaq Keçiriləcək
Birjadan FED.az-a daxil olmuş məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 12 000 ədəd, hər birinin nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi 8%, tədavül müddəti 6 il, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.