Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) “Viator Mikro Kredit Azərbaycan” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
«MJ Financial Services BOKT»un istiqrazını – CƏMİ 1 İNVESTOR ALDI – HƏRRAC
FED.az xatırladır ki, sözügedən şirkətin istiqrazları noyabrın 21-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə qeydiyyata alınıb. İstiqrazların həcmi 350 min manatdır və onlar standart bazar seqmentində listinqə daxil edilib.
Dekabrın 21-dən də istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Plana əsasən hər birinin məbləği 1000 manat olan 350 ədəd istiqraz yerləşdiriləcək. İstiqrazlarnın tədavül müddəti 540 gün və ya il yarımdır. İstiqrazlar illik 14% gəlir gətirəcək, faizlər hər 90 gündən bir ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Hərrac tarixi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2005021533 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
350 (ədəd) |
1,000 manat |
14 % |
21.12.2022 |
540 gün |
Hər 90 gündən bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.