Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) “MJ Financial Services BOKT” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1 000 manat olan 750 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının (AZ2001023160 dövlət qeydiyyat nömrəli) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı istiqrazlara cəmi 1 investor maraq göstərib və sifariş təqdim edib.
İnvestorun təklif etdiyi həcm istiqrazın emissiyası qədər, sifarişdə gəlirlilik göstəricisi isə şirkətin əvvəlcədən elan etdiyi səviyyədə olub.
Nəticədə 750 min manatlıq istiqrazlar tam şəkildə yerləşdirilib.
Faizlərin ödəniş dövrü hər 90 gündən bir olacaq.