«Veysəloğlu Şirkətlər Qrupu» maliyyə vəsaitlərinə olan ehtiyacını qarşılamaq üçün öz istiqrazlarını buraxmaq niyyətindədir.
Bu barədə FED.az-a şirkətin Müşahidə Şurasının üzvü Natavan İbrahimova bildirib.
Azərbaycan şirkəti müştərilərinin sayını açıqladı - «Gündəlik 640 min nəfərdir»
Onun sözlərinə görə, hazırda istiqrazların buraxılması «Veysəloğlu» üçün aktual məsələdir: «Belə bir layihəmiz var, bunun üzərində çalışırıq və yaxın vaxt ərzində elan ediləcək».
Müşahidə şurasının üzvü bildirib ki, hələlik bu layihə təhlil və analiz mərhələsindədir: «Təhlildə iki məsələ nəzərə alınacaq – istiqrazların şirkətə və ölkəyə faydası. Bunların hər ikisi doğrulduğu halda layihəyə start veriləcək».
N.İbrahimova bildirib ki, şirkətin istiqraz buraxılışı ilə bağlı planları artıq yerli investisiya şirkətlərindən biri ilə müzakirə edilir.