Bu ilin yanvar-mart aylarında “Unicapital” ASC investisiya şirkətinin REPO əməliyyatlarının həcmi 1 milyard 719 milyon 751 min manat olub.
«Unicapital»ın dövriyyəsi 2,2 dəfə artıb – REPO ƏMƏLİYYATLARINDA 4,8 DƏFƏLİK ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 410 milyon 607 min manat və ya 5,6 dəfə çoxdur.
Belə ki, 2025-ci ilin yanvar-mart aylarında “Unicapital” ASC investisiya şirkətinin REPO əməliyyatlarının həcmi 309 milyon 143 min manat olmuşdu.














