“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyinə yeni təyinatlar olub.
Təcrübəli bankir “Muğan Bank”ın rəhbərliyinə - TƏYİNAT ALDI
FED.az xəbər verir ki, Qədirov Heybət Həsənağa oğlu və Rəsulzadə Emin Fərid oğlu ASC-nin Müşahidə Şurasının üzvləri seçilib.
Qeyd edək ki, Heybət Qədirov eyni zamanda “Unibank KB” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini, İcraçı Direktorun birinci müavini vəzifələrini icra edir. Emin Rəsulzadə isə “Unibank”ın İdarə Heyətinin üzvüdür.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 min manat təşkil edir, təsisçisi 100 % "Unibank"dır (Apa).
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür