“Muğan Bank”ın səhmdarlarının qərarı ilə Ramiz Dadaşov Müşahidə Şurasına üzv seçilib.
Milli Depozit Mərkəzinin rəhbərliyində - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, R.Dadaşov bank sektorunda iş fəaliyyətinə 2002-ci ildən başlayıb. Uzun müddət Azərbaycan Beynəlxalq Bankı-ında (ABB) Pərakəndə biznes departamentinə rəhbərlik edib. 2021-ci ildən isə “FNC” bank olmayan kredit təşkilatının baş icraçı direktoru vəzifəsində çalışırdı.
Qeyd edək ki, Ramiz Dadaşov avropa biznes məktəbləri arasında birinci sırada olan HEC Paris biznes məktəbinin EMBA proqramını bitirib.