Bu ilin yanvar-sentyabr aylarında “Unicapital İnvestisiya Şirkəti” QSC-nin dövriyyəsi 5 milyard 649,2 milyon manat olub.
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi illik müqayisədə 3 milyard 888,3 milyon manat və ya 3,2 dəfə artıb.
Birja əməliyyatlarınnı 91%-ini tutan repo əməəliyyatlarında da ciddi artım baş verib. Belə ki, repo əməliyyatlarının həcmi illik müqayisədə 3 milyard 984,4 milyonm manat (4,4 dəfə) artıb.
Bunlarla yanaşı, şirkət Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları ilə də ticarəti genişləndirib. Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 9 ayda 292,3 milyon manat olub. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarına nəzərən 277,1 milyon manat, yaxud da 19,2 dəfə daha çoxdur.














