Bu ilin yanvar-sentyabr aylarında “Troni İnvestisiya Şirkəti” QSC Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları ilə 61,7 milyon manatlıq ticarət edib.
"TRONİ"dən daha bir BOKT-a dəstək: "NEO BOKT"un 1 milyon manatlıq səhmləri tam yerləşdirildi
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin ARMB qiymətli kağızları ilə ticarətinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 61,2 milyon manat və ya 123 dəfə artıb.
Şirkət dövlət istiqrazları ilə 9 ayda 5 milyon manatlıq ticarət edib ki, bu da, illik müqayisədə 3 milyon manat və ya 2,5 dəfə daha çoxdur.
Korporativ istiqrazlar üzrə ticarət əməliyyatlarının həcmi 50,5 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nəzərən 49,3 milyon manat, yaxud da 42 dəfə artıb.














