Trendyol Qrupunun prezidenti Çağlayan Çetin, şirkətin səhmlərinin ilkin kütləvi təklifinə (İPO) tələsməyəcəklərini və prioritetlərinin bizneslərini beynəlxalq genişləndirmək olduğunu bildirib.
Trendyol: "Gündəlik 55-60 min sifarişi Türkiyədən Azərbaycana göndəririk"
FED.az xəbər verir ki, Çağlayan Çetin, “Güclü balansımız var, investorlarımız ciddi beynəlxalq dəstək verir. Biz səhmlərin ilkin kütləvi təklifə çıxmağa tələsməyəcəyik. Eyni zamanda, bütün texnologiya şirkətləri kimi bu, bizim planlarımızda olacaq", - deyib.
Bloomberg TV-yə danışan Çetin, bu il gəlirlərinin 20%-nin beynəlxalq olmasını gözlədiklərini qeyd edərək, "Səhmlərin ilkin kütləvi təklifi mərhələsində gəlirlərimizin ən azı 50 faizi beynəlxalq olmalıdır" deyib.
Bu il Körfəz bölgəsində 1 milyon aktiv müştəriyə çatdıqlarını və ilin sonuna qədər 6 milyon aktiv müştəriyə çatmağı hədəflədiklərini söyləyən Çətin, "Mənim arzum ən qısa zamanda 10 milyona çatmaqdır", - bildirib.
Çetin, prioritetlərinin bizneslərini beynəlmiləlləşdirmək olduğunu bildirib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.