Son günlərdə fond bazarındakı dalğalanmalar investorların diqqətini yenidən texnologiya nəhənglərinə yönəldib. Bir gün içində bahalaşan, növbəti gün isə ucuzlaşan səhm qiymətləri, bazarın nə qədər həssas və dəyişkən olduğunu göstərir.
Goldman Sachs qızılın qiymət proqnozunu artırdı - 4 000 DOLLAR!
FED.az xəbər verir ki, sonuncu ticarət sessiyasında müsbət dinamika özünü göstərdi. Ən son göstəricilər bu dəyişkənliyin bir qədər sabitlik qazandığını deməyə əsas verir.
Bağlanış qiymətlərinə əsasən, səhm bazarında ümumilikdə bahalaşma müşahidə olunub. Apple səhmində +4,06% artımla günün ən çox bahalaşan şirkəti olub. Apple-ı +3,12% ilə NVIDIA, +2,71% ilə Visa və +2,59% ilə Alphabet (Google) izləyib. Bu, texnologiya sektoruna inamın hələ də yüksək olduğunu göstərir.
Digər tərəfdən, ən çox ucuzlaşan səhm Meta Platforms-a məxsus olub. Şirkətin səhmi gün ərzində -0,50% dəyər itirib. Tesla (-0,06%) və Berkshire Hathaway (-1,61%) kimi şirkətlərdə də cüzi geriləmələr qeydə alınıb, lakin ümumi mənzərə pozitiv qalıb.
Amazon.com, Microsoft, Johnson & Johnson və digər böyük oyunçular da günə müsbət notla yekun vurublar, bu isə investorlar arasında yenidən optimizmin artdığını göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
198,15 |
+4,06 |
2 |
Amazon.com |
184,87 |
+2,01 |
3 |
Meta Platforms |
543,57 |
-0,50 |
4 |
Berkshire Hathaway |
524,11 |
+1,61 |
5 |
Visa |
333,40 |
+2,71 |
6 |
Johnson & Johnson |
151,73 |
+2,04 |
7 |
Microsoft |
388,45 |
+1,86 |
8 |
Alphabet (Google) |
159,40 |
+2,59 |
9 |
Tesla |
252,24 |
-0,06 |
10 |
NVIDIA |
110,93 |
+3,12 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.