Beynəlxalq fond bazarlarında dünən qarışıq tendensiyalar müşahidə olunub.
Qızıl bazarında bahalaşma: 1 unsiya 4 097 dollara çatdı
Nəhəng elektron ticarət şirkəti Amazon.com-un səhmləri 1,84% ucuzlaşıb və 217,95 dollar səviyyəsində bağlanıb və günün ən çox dəyər itiriən səhmi olub. Oxşar vəziyyət Apple şirkəti üçün də keçərlidir, səhmlərinin dəyəri 1,64% azalaraq 258,45 dollara geriləyib. Digər yandan Tesla səhmləri də gün ərzində 0,82% geriləyərək 438,97 dollar səviyyəsinə enib.
Visa və NVIDIA kimi şirkətlər isə müvafiq olaraq 0,53% və 0,49% azalma ilə ticarəti tamamlayıblar.
Günün ən çox dəyər qazanan səhmi isə səhiyyə sektorunda fəaliyyət göstərən Johnson & Johnson şirkətinə məxsus olub. Səhmin qiyməti 0,55% bahalaşaraq 192,94 dollar olub. Digər tərəfdən, Meta Platforms az da olsa 0,02% artımla 733,41 dollar səviyyəsində sabitlik nümayiş etdirib. Microsoft isə 0,56%-lik artımla 520,54 dollar, Alphabet (Google) isə 0,49%-lik artımla 251,69 dollar səviyyəsində ticarət olunub.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
258,45 |
-1,64 |
2 |
Amazon.com |
217,95 |
-1,84 |
3 |
Meta Platforms |
733,41 |
+0,02 |
4 |
Berkshire Hathaway |
491,81 |
+0,11 |
5 |
Visa |
345,36 |
-0,53 |
6 |
Johnson & Johnson |
192,94 |
+0,55 |
7 |
Microsoft |
520,54 |
+0,56 |
8 |
Alphabet (Google) |
251,69 |
+0,49 |
9 |
Tesla |
438,97 |
-0,82 |
10 |
NVIDIA |
180,28 |
-0,49 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.