Qızılın qiyməti bu gün qlobal bazarlarda yenidən artım nümayiş etdirib.
Bitcoin hələ də 110 min dollara çata bilmir - SON QİYMƏT
FED.az xəbər verir ki, 1 unsiya qızılın qiyməti 1,17% bahalaşaraq 4 097,57 dollara yüksəlib. Göstəricilərə əsasən bu gün ərzində qızıl 47,46 dollar bahalaşıb.
Qeyd edək ki, son 30 gündə qiymət artımı 8,44%, 6 ayda 21,46%, 1 ildə isə 48,12% təşkil edib. Uzunmüddətli dövrdə isə qızıl 5 il ərzində 112,94%, 20 il ərzində isə 769,18% dəyər qazanıb..
Ekspertlərin fikrincə, yaxın günlərdə qızıl qiymətinin 4 100-4 150 dollar aralığında möhkəmlənməsi gözlənilir. Lakin geosiyasi gərginliklərin artması və mərkəzi bankların ehtiyat strategiyaları qiymətləri 4 200 dollar həddinə qədər yüksəldə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.