Elektrik avtomobiləri istehsalı ilə məşğul olan, İlon Maskın məşhur «Tesla» şirkətinin səhmləri tarixi rekord vurub.
Eləcə də bax: İlon Mask dünyanın - Ən Zəngin Adamı Oldu
FED.az xəbər verir ki, NASDAQ birjasının açıqladığı rəqəmlərə görə dünən gecə «Tesla»nın səhmləri 907,56 dollara çatıb. Bundan əvvəlki rekord 2021-ci ilin aprelində qeydə alınmışdı - 900,4 dollar.
«Tesla»nın səhmlərinin bahalaşması oktyabrın 20-də şirkətin yeni hesabatının açıqlanması ilə bağlıdır. Hesabata əsasən artıq 3-cü rübdür ki, şirkətin xalis mənfəəti rekord vuraraq artıb və 1,618 milyard dollar olub.
Əvvəlki rüblü müqayisədə şirkətin gəlirləri təqribən 4 dəfə artıb və ötən ilin eyni rübü ilə müqayisədə 5 dəfə artıq olub – ötən ilin həmin rübü gəlirlər 331 milyon dollar idi. «Tesla»nın dövriyyəsi 57% artaraq ötən ildəki 8,8 milyard dollardan 13,8 milyard dolara yüksəlib.
Maraqlıdır ki, hesabat barədə məlumat yayılandan sonra «Tesla»nın səhmləri əvvəlcə ucuzlaşıb. Qiymətlər 1,6% azalaraq 852 dollara düşüb. Amma sabahı gün – oktybarın 22-də qiymətli kabızın qiyməti artmağa başlayıb və 907 dolları keçib.
«Tesla» səhmlərinin bahalaşması indi də davam edir və artıq 910 dollara çatıb.
«Tesla»nın sahibi İlon Mask isə təkcə bu artıma görə deyil, özünün başqa bir layihəsi «SpaceX» kosmik şirkəti sayəsində varidatını trilyon dollara çatdıra bilər. Hazırda İlon Mask dünyanın ən varlı adamı sayılır – 241,1 milyard dollar. Amma bu məbləğdə «SpaceX»in payı cəmi 17% təşkli edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.