Ötən gün Amerika birjasında dünyanın əsas şirkətlərinin səhmləri yenidən bahalaşıb.
BOKT "İnternational"ın istiqrazlarına 3 investor 3 sifariş təqdim edib
Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıb
FED.az xəbər verir ki, 11 dekabr 2024-cü il tarixində bir sıra iri şirkətlərin səhmlərində nəzərəçarpan bahalaşma baş verib.
Elektrik avtomobillərinin istehsalçısı olan «Tesla»nın səhmləri rekord vuraraq 424 dollara çatıb. Yeri gəlmişkən, bu artımdan sonra şirkətin sahibi Elon Maskun sərvəti 400 milyard dolları keçib.
«Nvidia», «Google», «Samsung» kimi şirkətərin səhmləri də bahalaşaraq müvafiq olaraq 139 dollar, 195 dollar və 54 min dollarlıq həddə çatıb.
FED.az dekabrın 11-də səhmləri bahalaşan 10 əsas şirkətin məlumatlarını təqdim edir:
№ |
Şirkət Adı |
Bağlanış Qiyməti (USD) |
Gün ərzində artım (%) |
1 |
Tesla |
424,77 |
5,94% |
2 |
Alphabet |
195,40 |
5,56% |
3 |
Samsung Electronics |
54 000 |
4,07% |
4 |
NVIDIA |
139,31 |
3,10% |
5 |
Amazon.com |
230,26 |
2,30% |
6 |
Meta Platforms |
632,68 |
2,14% |
7 |
Toyota Motor |
178,15 |
1,39% |
8 |
Microsoft |
448,99 |
1,26% |
9 |
Visa |
313,79 |
0,47% |
10 |
JPMorgan Chase & Co. |
243,53 |
0,29% |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.