"Tesla" səhmlərinin dəyəri Nasdaq birjasında əməliyyat zamanı 18,09% enib.
Eləcə də bax: ABŞ fond bazarı və “Apple” səhmləri - Çöküb
FED.az istinadən xəbər verir ki, şirkətin 1 səhminin dəyəri 418,32 dollardan 337,9 dollara düşüb.
Bakı vaxtı ilə saat 18:07-dək "Tesla"nın 1 səhminin dəyəri 345,6 dollaradək korrektə edilib.
Bu, sentyabrın 7-də "S&P Dow Jones" İndekslər Komitəsinin bütün rəsmi tələblərə cavab verməsinə baxmayaraq, şirkəti "S&P 500"ə daxil etməkdən imtina etməsindən sonra baş verib.
Bundan başqa, gün ərzində "Apple"ın səhmləri 3,05%, "Amazon"un 2,20%, "Facebook"un isə 1,81% ucuzlaşıb.
"apa"