ABŞ-ın nəhəngləri olan “Tesla”, "Apple", "Amazon", "Microsoft", "Facebook" və "Boeing" şirkətlərinin səhmləri ucuzlaşıb.
Eləcə də bax: Çinin səhm bazarının dəyəri - 10 TRİLYON DOLLARA ÇATIB
FED.az xəbər verir ki, ən çox ucuzlaşma “Tesla”da olub. Elektrikli avtomobillər istehsal edən şirkətin səhmləri 21,06% və ya 88,11 dollar ucuzlaşaraq 330,21 dollara enib.
Həmçinin, “Apple” səhmləri 6,73% və ya 8,14 dollar ucuzlaşaraq 112,82 dollar, “Amazon” səhmləri 4,39% və ya 144,78 dollar, “Microsoft” səhmləri 5,41% və ya 11,59 dollar ucuzlaşaraq 202,66 dollar, Facebook səhmləri 4,09% və ya 11,57 dollar ucuzlaşaraq 271,16 dollar, "Boeing" səhmləri 5,83% və ya 9,97 dollar ucuzlaşaraq 161,08 dollar olub.