Amazon tərəfindən dəstəklənilən elektrikli avtomobil istehsalçısı Rivian liderliyini Tesla-nın etdiyi elektrikli avtomobil bazarında yer tuta bilmək məqsədilə ötən həftə səhmlərinin ilkin kütləvi təklifini (İPO) reallaşdırmışdı.
Eləcə də bax: İlon Mask “Tesla” səhmlərindən daha 1 milyard dollar - Mənfəət Əldə Etdi
FED.az xəbər verir ki, 78 dollara təklif edilən Rivian-ın səhmləri 1 həftə ərzində 172 dollara çatdıqdan sonra geriləyərək hazırda 104 dollar səviyyəsindədir.
Wall Street-dəki analitiklər isə Rivian-ın Tesla ilə elektrikli avtomobil bazarında rəqabət apara biləcək tək şirkət olduğunu düşünürlər.
Morgan Stanley-in analitiki Adam Jonas, 147 dollar hədəf qiymət ilə Rivian səhmləri alınması tövsiyəsini verib. O, şirkətin lazım olan bütün strateji xüsusiyyətlərə sahib olduğunu söyləyib.
Piper Sandler-in analitiki Aleksandr Potter isə bir çox şirkətin Tesla-nın müvəffəqiyyətini əldə etməyə çalışdığını lakin müvəffəqiyyətli ola bilmədiyini qeyd edərək, "Rivianı digərlərindən ayıran şey batareya və proqram texnologiyası daxil şaquli inteqrasiya strategiyasıdır" deyib. Potter Rivian üçün hədəf qiymətini 148 dollar olaraq təyin edib.
Deutsche Bank da Rivianın böyük və gəlirli bir şirkət olması üçün bənzərsiz xüsusiyyətlərə sahib olduğunu bildirib. Rivianın Amazon ilə əlaqəsinin əhəmiyyətli olduğunun vurğulayan Deutsche Bank, 130 dollar hədəf qiymət ilə "səhmini al" tövsiyəsini edib.
JP Morgan-ın analitiki Ryan Brinkman da Rivian-ın Tesla, Ford və General Motors kimi şirkətlərlə rəqabət apara biləcəyini deyib.(Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.