İlon Maska məxsus olan “Tesla” şirkəti mənfəətini şaxələndirmək məqsədi ilə 2021-ci ilin yanvar ayında investisiya siyasətini yeniləyib. Bu barədə “Tesla”nın SEC üçün hazırladığı sənədlərdə deyilir.
Eləcə də bax: “Bitcoin”in dəyəri tarixi maksimumu - Yenilədi
Bu siyasət çərçivəsində elektrik avtomobil istehsalçısı pulun bir hissəsini alternativ ehtiyat aktivlərinə, o cümlədən rəqəmsal aktivlərə, qızıla və s. yatıra bilər. Şirkət o vaxtdan bəri “bitcoin” kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyduğunu bildirib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Siyasətimizə uyğun olaraq “bitcoin” kriptovalyutasına ümumilikdə 1.5 milyard dollar sərmayə qoyduq. Üstəlik, yaxın gələcəkdə ödəniş forması kimi kriptovalyutadan istifadə etməyi planlaşdırırıq”, – deyə şirkətin hesabatında deyilir.