Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri Bakı vaxtı ilə 17:00-da ticarət sessiyasında 11,8% artaraq 43,8 min ABŞ dollarına yüksəlib.
FED.az xəbər verir ki, beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Bakı vaxtı ilə saat 16:54-də kriptovalyuta 42 min dollarlıq göstəricinin üzərində ticarət olunurdu. Saat 17:14-ə "Bitcoin"in artım sürəti 9,6%-dək yavaşlayıb və 42,6 min dollar səviyyəsində idi.
Qeyd edək ki, bu cür artım "Tesla"nın kriptovalyutaya 1,5 mlrd. dollar sərmayə yatırdığı xəbərlərindən sonra baş verib. (Apa)