Tehran valyuta birjasında iran rialı və rus rublu valyuta cütlüyü ilə ticarət başlayıb.
Bitkoin yenidən sürətlə bahalaşır – 4500 DOLLAR ARTIM - SON QİYMƏT
FED.az xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Əli Salehabadi bildirib.
«Birjada rial/rubl cütlüyü ilə ticarətin başlanması İran və Rusiya arasında iqtisadi əlaqələrin inkişafının göstəricisidir»-deyə baş bankir bildirib.
Onun sözlərinə görə, İranda olan Rusiya vətəndaşları bu ticarətdən istifadə edərək özlərinin riala olan tələbatını ödəyə biləcəklər.
Xatırladaq ki, bir qədər əvvəl rəsmi Moskva və Tehran milli valyutada ticarətə keçmək, eləcə də «Mir» və «Shetab» ödəniş sistemlərini birləşdirmək barədə razılığa gəliblər.