Kriptovalyuta bazarında baş verən sarsıntıdan sonra koinlər yenidən qiymət yığmağa başlayıb.
Dollar indeksi son 20 ilin ən yüksək səviyyəsindən geriləyib - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, bitkoinin məzənnəsi iyun ayından bəri ən yüksək həddə qalxıb.
Belə ki, hazırda bitkoin 23600 dollaradək bahalaşıb. Son bir həftə ərzində bahalaşma 4500 dollar təşkil edib.
Xatırladaq ki, bir həftə əvvəl bitkoin 19 100 dollar idi.
Başqa sözlə, son bir həftə ərzində bitkoinin məzənnəsi 24%-ə yaxın yüksəlib.
Digər populyar kriptovalyuta – Ethereum isə həftə ərzində 48% bahalaşaraq 1035 dollardan 1558 dollara yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.