Cari ilin birinci yarımili ərzində tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi artıb.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Belə ki ötən ilin sonu ilə müqayisədə tədavüldə olan dövlət qiymətli kağızların həcmi 4.6% artaraq 8 mlrd. manata çatıb.
Artımı şərtləndirən əsas amil dövlət istiqrazları olub. 2024-ci ilin birinci yarımili ərzində tədavüldə olan dövlət istiqrazlarının həcmi ötən ilin sonuna nisbətdə 11% (0.7 mlrd. manat) artaraq 7.1 mlrd. manata çatıb. Dövlət istiqrazlarının həcmi uzunmüddətli dövlət qiymətli kağızlarının emissiyası hesabına artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.