2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 291 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici avqustun 1-nə olan dövr ilə müqayisədə 36,1 milyon manat və ya 14,2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 milyon manat və ya 4,6% çoxdur.
2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 278,3 milyon manat olub.
Bu ilin 1 avqust vəziyyətinə bu göstərici 278,3 milyon manat təşkil edib.