23 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004019165 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: Bu gün “TBC Kredit" BOKT-un istiqrazları - Ticarətə Buraxılacaq
FED.az xəbər verir ki, birjadan daxil olmuş məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon manat təşkil etmişdir. (Marja)