14 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2006019163 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: “İnvestor” Stimullaşdırıcı lotereyasının ikinci tirajının qalibləri - MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilib. İstiqrazın hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1 milyon təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 12 %, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 14.07.2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür