“İnvestor” Stimullaşdırıcı lotereyasının 13 iyul 2022-ci il tarixində ikinci tirajı keçirilmişdir.
FED.az xəbər verir ki, Bakı Fond Birjasının yaydığı məlumata görə, ikinci tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır.
Rişad Əliyev (Bilet nömrəsi İST 0671)
Reyhan Əhmədova (Bilet nömrəsi İST 0894)
Samir Orucov (Bilet nömrəsi İST 0648)
Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir.
Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçiriləcəkdir. İlk tiraj 10.05.2022-ci ildə keçirilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.