«Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın əsas mövzusu şirkətin böyük məbləğdə kredit götürməsidir.
«Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı» ASC səhmdarlarının növbəti ümumi yığıncağı 7 mart 2022-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda inzibati binada keçiriləcəkdir:
"Yelo Bank" istiqraz buraxacaq - NÖVBƏDƏNKƏNAR TOPLANTI
Ümumi yığıncağın gündəliyinə «Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Li¬manı» ASC-yə əsas vəsaitlərin alınması məqsədilə ASC «Xalq» bankından kreditin götürülməsi və digər təşkilati məsələlər daxildir.
Azərbaycanda 13 səhmdar cəmiyyəti - HƏRRACA ÇIXARILACAQ
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda inzibati binada səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.