14 fevral 2022-ci il tarixində “Yelo Bank” ASC səhmdarlarınını növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az bankın elanına istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Bank tərəfindən istiqrazların buraxılması;
2. Yığıncağın gündəliyində duran digər məsələlər.
Yığıncaq Həsən bəy Zərdabi küçəsi 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin baş ofisində keçiriləcək.
Qeyd edək ki, “Yelo Bank” ASC səhmdarları "Topaz İnvetment Limited" MMC (95.68%), "İSR Holdinq" MMC (0.10%) və fiziki şəxslərdir (4.22%). (Marja)