28 iyun 2024-cü il saat 10.00-da “Şüşəplastmas “ ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Şüşəplastmas “ ASC-də (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24) ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi.
2. Mənfəətin istifadə məsələsinin müzakirəsi.
3. İdarə heyəti sədrinin seçilməsi.
4. “Şüşəplastmas” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə (012) 496-43-72 nömrəli telefonla əlaqə saxlayıb və yaxud cəmiyyətin ünvanında tanış olmaq mümkündür.