25.06.2024-cü il tarixində "Avtomotoservis" Açıq Səhmdar Cəmiyyəti saat 12:00-da səhmdarların ümumi yığıncağının keçirilməsi haqqında elan edir.
FED.az xəbər verir ki, yığıncağın keçirilmə ünvanı: Bakı şəh., Ə.Rəcəbli küç., 1963-cü məhəllə. ASC-nin inzibati binası, 3-cü mərtəbə.ünvanıdır.
Əlaqə telefonları: 4656439 (əlavə 13); 0555150074
Yığıncağın gündəliyi:
1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı
2. ASC-nin maliyyə durumu və dividendlərin bölgüsü
3. Cəmiyyətin balansında olan inventarların təsdiq edilməsi
4. Cari məsələlər.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini və dividendlərin ödənilməsinin təmin olunması üçün bank hesablarını təqdim etməyini xahiş edirik.