Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 2024-cü il üzrə 1 milyon 125 min dollarlıq sonuncu kupon ödənişi 1 noyabr tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
SOCAR istiqraz sahiblərinin qazancı 12 milyon dolları ötüb
Yerli fond bazarında ən çox ticarət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR İstiqrazları 12-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 13 milyon 500 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.)
Hazırda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi $50 milyona çatıb. Bağlanmış əqdlərin sayı isə 900-dür. 2016-cı ildən indiyədək investorlarına 40 milyon dollara yaxın gəlir qazandırıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.