Azəraycanda “Sizin Lombard” brendi ilə bazarda lombard krediti verən “GL” ASC son illərdə ölkə bazarında ən yüksək faiz gəliri təklif edən dollar istiqrazları buraxır.
"BOA Agency" səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq - TARİX
FED.az xəbər verir ki, bununla bağlı “GL” ASC-nin emissiya prospektində bildirilir.
Emissiya prospektində qeyd edilir ki, “GL” hər biri 1000 ABŞ dolları olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz adlı səhm buraxacaq.
İstiqrazlar illik 15%-lik gəlirliliklə 5 il tədavül müddətini əhatə edəcək.
15%-lik gəlirlilik hazırda hətta manatda belə məhdud saydadır.
“GL” ASC bundan öncə isə 400 min ABŞ dolları həcmində istiqraz buraxmışdı.
Xatırladaq ki, “GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən şirkətdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır. Şirkətin sahibi 204 510 manat nizamnamə kapitalında 100 faiz payı olan Quliyev Fərman Eldar oğludur.
“GL” ASC nizamnamə kapitalını 50 125 manat artırıb. Şirkət hər birinin nominal dəyəri 2005 manat olan 25 ədəd adi, adlı, sənədsiz səhm emissiya etmişdi.
Şirkətin audit edilmiş hesabatlarında mənfəətli biznes olduğu müşahidə edilir. 2020-ci ildə 1 797 261 manat, 2021-ci ildə 3 541 975, 2022-ci ildə isə 3 430 655 xalis mənfəət əldə edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.