23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOA Agency" ASC-nin səhmləri standart bazar seqmentində şərti listinqə daxil edilib.
Bakı Fond Birjası "BOA Agency" ASC-nin səhmlərini şərti listinqə - DAXİL EDİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 5 iyul 2023-cü ildə "BOA Agency" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Adi adlı sənədsiz səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 86 000 ədəddir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.